Çempionlar Liqasında qrup mərhələsinin III turu başa çatıb. Teleqraf.com-un məlumatına görə, bu dəfə A, B, C və D qrupunda mübarizə aparan komandalar meydana çıxıb.
Günün ən maraqlı oyunlarından biri İngiltərənin Liverpul şəhərində baş tutub. Burada şəhərin eyni adlı komandası qitə miqyaslı ən nüfuzlu klub turnirinin son qalibi “Real”la üz-üzə gəlib. “Kral” klubu” növbəti 3 xalına sevinmək üçün çətinlik çəkməyib. Matç 0:3 hesabı ilə madridlilərin xeyirinə başa çatıb.
Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə İstanbula yönəlib. 2 oyundan sadəcə 1 xal qazanan “Qalatasaray” dogma azarkeşləri önündə qrup lideri Dortmund “Borussiya”sını sınağa çəkib. Növbəti mərhələyə adlamaq üçün “Cim-Bom” “Türk Telekom Arena”da almanlara gücünü göstərməyi bacarmayıb. “Aslanlar” rəqibi qarşısında aciz qalıb – 0:4
Digər görüşlərdə isə “Anderlext” “Arsenal” 1:2, “Yuventus” “Olimpiakos”a 0:1, “Zenit” “Bayer”ə 0:2, “Bazel” “Ludoqorets” 0:1 hesabı ilə uduzub. “Atletiko” “Malmö”ni darmadağn edib. Gecənin yeganə matçı “Monako” - “Benfika” görüşündə hesab açılçayıb – 0:0.
Çempionlar Liqası
III tur
22 oktyabr (çərşənbə)
A qrupu
“Olimpiakos” – “Yuventus" - 1:0
Qol: Kasami, 36
"Atletiko” – “Malmö” - 5:0
Qollar: Koke, 48, Mandzukiç, 61, Qriezmann, 63, Çerci, 90+3
|
B qrupu
“Liverpul” – “Real” - 0:3
Qollar: Ronaldo, 23, Benzema, 30; 41
“Ludoqorets” – “Bazel” - 1:0
Qol: Minev, 90+2
|
C qrupu
“Bayer” – “Zenit” - 2:0
Qollar: Donati, 58, Papadopoulos, 63
“Monako” – “Benfika” - 0:0
|
D qrupu
“Anderlext” – “Arsenal” - 1:2
Qollar: Nayar, 71 - Gibbs, 89, Podolski, 90+1
“Qalatasaray” – “Borussiya” - 0:4
Qollar: Aubameyanq, 6; 18, Roys, 41, Ramos, 83
|