24 Yanvar 2021 16:07
3 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir illik fasilədən sonra rinqə çıxan dünyaca məşhur UFC döyüşçüsü Konor Makqreqor gözlənilməz nəticə ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, UFC-nin Əbu-Dabidə keçirilən Konor Makqreqor-Dastin Puare qarşılaşması böyük maraqla izlənilib.

Puare matçın ikinsi raundunda Makqreqoru nakautla rinqə sərərək, gecənin qalibi olub.

Döyüşdən sonra açıqlama verən Dastin Puare belə tezliklə qalib gələcəyini düşünmədiyini bildirib.

Altı ildən sonra ikinci dəfə üz-üzə gələn rəqiblərin bundan əvvəlki qarşılaşmasının qalibi Konor Makqreqor olmuşdu.

Digər tərəfdən, bu yaxınlarda təqaüdə çıxacağını elan edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədov mübarizəni tribunadan izləyib.

Nurməhəmmədov matçdan sonra keçmiş rəqibi Konor haqda bunları deyib: “Səni sən edən - çempionluğa aparan komandanı və ruhunu dəyişirsənsə, gerçəklikdən uzaqlaşırsansa, sonun belə olur”.

Rusiyalı döyüşçü məğlubiyyətinə əsas səbəbkarın Konorun özünün olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu