25 Yanvar 2021 14:07
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

UFC-nin rusiyalı çempionu Həbib Nurməhəmmədov karyerası ilə bağlı yeni qərar verib.

Teleqraf.com xəbər verir ki, rusiyalı döyüşçü böyük futbola başlamağa hazırlaşdığını söyləyib.

“Böyük futboldakı debütümə hazırlaşıram, təkliflər gözləyirəm, nəzərdən keçirəcəyik”, - Həbib qeyd edib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov son döyüşünü 2020-ci il oktyabrın 24-də amerikalı Castin Getjiyə qarşı keçirib. Rusiyalı döyüşçü həmin matçda UFC titulunu üçüncü dəfə qoruyub. Döyüşdən dərhal sonra 32 yaşlı Nurməhəmmədov təqaüdə çıxdığını açıqlayıb.

Həbib Nurməhəmmədov karyerası ərzində 29 qələbə qazanıb və qarışıq döyüş növlərində bir dəfə də məğlub olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu