31 Yanvar 2021 18:14
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.

Teleqraf.com xəbər verir ki, bu, argentinalı hücumçunun əmək haqqısına dair "El Mundo"da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.

Bu informasiyanın mətbuata sızması "Barselona"nın kapitanını xeyli qəzəbləndirib. Klubun özü isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən Kataloniya təmsilçisinin rəhbərliyi dəyə biləcək zərərlə bağlı "El Mundo"ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.

"Barselona" Messiyə tam dəstək verib və onun imicini, dünyanın ən yaxşı futbolçusu kimi yetişdiyi klubla münasibətlərini zədələmək cəhdlərinə qarşı çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər