6 Fevral 2021 23:14
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin futbolçusu Neymar komandanın bu günkü məşqində iştirak etməyib.

Teleqraf.com xəbər verir ki, 29 yaşlı hücumçu səhhəti ilə bağlı problem yaşayır. O, mədə-bağırsaq sistemində narahatlıq hiss etdiyi üçün hazırlıq prosesini buraxıb. Braziliyalı oyunçunun yaxında müayinə olunacağı bildirilib.

Qeyd edək ki, Neymar bu mövsüm PSJ ilə 10 matça çıxaraq, 6 qol vurub və 4 qolun ötürməsini verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər