UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə "Liverpul"u ilə Almaniya "Leyptsiq"i arasındakı oyunun yeri açıqlanıb.
Teleqraf.com Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
Buna səbəb Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırması səbəb olub.
Qeyd edək ki, görüş fevralın 16-da olacaq.