Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, “Kəpəz” doğma meydanda ilk matçda 0:1 hesabı ilə uduzduğu “Keşlə”ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mərhələnin sonuncu matçında isə “Neftçi” ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olduğu “Zirə”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb
Bu nəticələrdən sonra "Keşlə" və "Zirə" yarımfinalda rəqib olublar.
Ötən gün keçirilən oyunlardan sonra "Sumqayıt" və "Qarabağ" yarımfinalda rəqib olmuşdular.
7 fevral (bazar)
“Kəpəz” – “Keşlə” - 0:2
Qol: Rəhman Hacıyev, 53, Abanq, 90
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu, 14:30
“Zirə” – “Neftçi” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev