Şahmat üzrə İddiaçılar Turnirinin dəqiq bərpa vaxtı açıqlanıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç açıqlama verib.
O bildirib ki, yarış aprelin 19-da qaldığı yerdən davam edəcək: "İddiaçılar Turnirinin VIII turu aprelin 19-da Yekaterinburqda baş tutacaq. Şahmatçılar XIV tura qədər 10 gün oynayacaqlar. Ümid edirik ki, bu dəfə hər şey qaydasında olacaq".
Qeyd edək ki, 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina etmişdi.
Rusiyanın Yekaterinburq şəhərindəki turnir ötən il martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.