25 Oktyabr 2014 22:48
631

İspaniya La Liqasında IX turun oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, ilk matç günündə azarkeşlər yalnız bir qarşılaşamaya şahidlik edib.

Belə ki, “Selta” evində turnir cədvəlinin “zirzəmisi”ndə qərarlaşan “Levante” ilə münasibətlərinə aydınlıq gətirib. Viqolullar rəqibini 3 cavabsız qolla məğlub edib.

Turun mərkəzi qarşılaşması Madriddə baş tutacaq. “Santyaqo Bernabeu” stadionunda “Real” əzəli rəqibi, lider “Barselona”nı sınağa çəkəcək. “El-Klassiko”da “Kral klubu” katalonları məğlub edib, Lusi Enrikenin yetirmələrinə çatmaq niyyətindədir. Əks təqdirdə, “Real” rəqibindən bir qədər də uzaqlaşacaq.

Qeyd edək ki, İspaniya La Liqasında IX tura oktyabrın 26-da yekun vurulacaq.

İspaniya La Liqası

IX tur

24 oktyabr

“Selta” – “Levante” - 3:0

Qollar: Larrivey, 27; 83, Lopes, 90

25 oktyabr

“Almeriya” – “Atletik” - 0:1

Qol: Etxeyta, 56

“Real” – “Barselona” - 3:1

Qollar: Ronaldo, 34, Pepe, 50, Benzema, 61 - Neymar, 4

23:00 “Valensiya” – “Elçe”

01:00 “Kordoba” – “Real Sosyedad”

01:00 “Eybar” – “Qranada”

26 oktyabr

15:00 “Malaqa” – “Rayo Valyekano”

20:00 “Espanyol” – “Deportivo”

22:00 “Sevilya” – “Vilyarreal”

00:00 “Xetafe” – “Atletiko”

Rüstəm

Müəllif: