28 Fevral 2021 00:25
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləşçilərimiz Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda uğurla çıxış edirlər.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına (AGF) istinadla xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançımız Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medala layiq görülüb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.

Qadınların mübarizəsində isə Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər