5 Mart 2021 23:27
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında mümkün dəyişiklikləri nəzərdən keçirir.

Teleqraf.com-un məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino IFAB-nin illik ümumi yığıncağından sonra təşkil olunan mətbuat konfransında deyib.

Funksioner bildirib ki, yeni qaydalar hücum edən komandalara daha çox üstünlük verəcək. İnfantinonun sözlərinə görə, FIFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri olan Arsen Venger məsələ ilə bağlı bəzi ideyalar təqdim edib.

Qeyd edək ki, IFAB bu gün futbolda yeni qaydaları təsdiqləyib.


Müəllif: Teleqraf.com