“Neftçi” klubu futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, cənubi azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, "Neftçi"yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyuna 1 qol vurub.