İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Ceyms Milner Premyer Liqa oyununda 158-ci dəfə əvəzedici olaraq meydana çıxıb.
Teleqraf.com xəbər verir ki, bununla da ingiltərəli futbolçu Premyer Liqa oyunlarında əvəzedici kimi meydana çıxan Piter Krauçun rekordunu təkrarlayıb. Bu, “Vulverhempton”la səfər matçında (1: 0) baş verib.
Otuz beş yaşlı oyunçu ikinci hissənin ortalarında meydana çıxıb.