İtaliyanın "İnter" klubunun oyunçusu Samir Handanoviçdə koronavirus aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə italiyalı jurnalist Canluici Lonqari tvitter səhifəsində paylaşım edib.
Sloveniyalı qapıçının bu gün səhər verdiyi testin nəticəsi müsbət çıxıb. Karantinə göndərilən 37 yaşlı qolkiper martın 20-də "Sassuolo" ilə A Seriyasının XXVIII turunun oyununu buraxacaq.
Qeyd edək ki, Samir Handanoviç bu mövsüm "İnter"in heyətində ölkə çempionatında 27 oyun keçirib və 26 qol buraxıb.