"Formula 1" üzrə Fransa Qran-prisinin biletləri satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, 25 - 27 iyunda keçiriləcək yarış üçün biletlərin qiyməti 199 - 299 avro arasında dəyişir.
Qran-prinin yalnız ilk gününü izləmək istəyən azarkeşlər 199 avro ödəməlidir. İlk 2 gün üçün qiymət 259, tam paket üçün isə 299 avrodur.
Qeyd edək ki, ötən gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2021-ci ildə bütün Qran-prilərin tamaşaçısız keçiriləcəyini açıqlayıb. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.