24 Mart 2021 12:21
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində martın 24-də Portuqaliya yığması ilə qarşılaşacaq.

Teleqraf.com xəbər verir ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin A qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər