25 Mart 2021 21:59
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13 000 türk lirəsi (2 775 manat) məbləğində cərimələnib.

Onlar Superliqada XXXI turun "Rizespor"a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala "Hatayspor" və "Fatih Karagümrük"lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər