2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Teleqraf.com milli assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.
Ermənistandakı görüşdə tribunada separatçı rejimin qondarma bayrağı asılıb.