2 Aprel 2021 20:10
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının XXI turunda "Səbail"lə qarşılaşacaq "Zirə" komandasının 3 futbolçusunda koronavirus aşkarlanıb.

Teleqraf.com-un məlumatına görə, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən götürülmüş testlərin nəticəsi müsbət çıxıb.

Hər üç oyunçu karantinə alınıb.

"Dənizçilər"in heyətində isə yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Səbail" - "Zirə" matçı saat 16:30-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər