4 Aprel 2021 18:38
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasından XXI turun daha bir oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, çempionatın liderlərindən "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın heyətində Rəhim Sadıxov 4-cü dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi 42-ci dəqiqədə penaltini də dəqiq yerinə yetirib.

Qələbə sayəsində 29-cu xalını qazanan "Sumqayıt" 4-cü yerdədir. "Neftçi" isə 42 xalla hələ ki 1-2-ci yerləri bölüşdürür. 72-ci dəqiqədə sarı vərəqə alan Namiq Ələsgərov cəzalı duruma düşüb və XXII turda "Qəbələ" ilə səfər görüşünü buraxacaq.

Matç "Neftçi"nin yeni transferi Keysuke Honda üçün əlamətdar olub. İkinci hissənin əvvəlində meydana daxil olan 35 yaşlı yaponiyalı yarımmüdafiəçi ilk rəsmi matçına çıxıb.

Qeyd edək ki, günün digər qarşılaşmasında "Sabah" "Qəbələ"ni qəbul edir. Tura bu gün keçiriləcək "Keşlə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.


Müəllif: Teleqraf.com