5 Aprel 2021 01:16
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının çempionluq qrupunda 2-ci turun “Panatinaikos” – PAOK oyununu idarə edib.

Teleqraf.com-un məlumatına görə, təcrübəli baş hakimə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Təyinat Yunanıstan Futbol Federasiyasının dəvəti əsasında gerçəkləşib.

Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Federiko Maçeda 39-cu, Lukas Vilyafanyes 79-cu və Aytor Kantalapyedra 85-ci dəqiqədə vurub. Ağayev yerli komandanın 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu qələbə sayəsində xallarını 49-a çatdıran "Panatinaikos" 4-cü pilləyə yüksəlib və 3-cü yerdə gedən PAOK-la fərqi minimuma endirib. "Olimpiakos" 73 xalla 1-ci, "Aris" 54 xalla 2-cidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər