"Fənərbağça" futbol üzrə Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda XXXI turda "Denizlispor"u qəbul edib.
Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Mbvana Samatta vurub.
Qələbə sayəsində 62-ci xalını qazanan "Fənərbağça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. "Denizlispor" isə 25 xalla sonuncu - 21-ci sıradadır.
Turnir cədvəlinə 64 xalla "Beşiktaş" başçılıq edir.