Rusiya 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının emblemini ilk dəfə tamaşaçılara təqdim edib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, emblemi Rusiyanın birinci kanalında Rusiya Federasiyasının idman naziri Vitali Mutko, FİFA prezidenti Yozef Blatter və 2006-cı ildə dünya çempionu olmuş italyan futbolçu Fabio Kannavaro təqdim edib.
Emblemdə sovet kosmonavtlarının komosa uçuşu, qədim rus dini inancları və futbola sevgisi təsvir olunub.
Qeyd edək ki, 2015-ci il iyunun 25-də Sankt-peterburqda dünya çempionatının seçmə oyunlarının püşkatması keçiriləcək.Turnirin final oyunları Rusiyanın 11 şəhərində baş tutacaq.
Samir