Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, son oyunda "İnter" və "Qarabağ" klubları qarşılaşıblar. Bakıda keçirilən matç elə başladığı kimi də başa çatıb - 0:0.
Beləliklə, "Qarabağ" 9 oyundan sonra 18 xalla turnir cədvəlinə liderlik edir, "Neftçi" və "Qəbələ" isə liderdən 1 xal geri qalmaqla ikinci və üçüncü yerləri bölüşürlər.
Turun digər oyunları:
AZAL – “Simurq” - 2:2
“Araz Naxçıvan” – “Qəbələ” - 0:1
“Bakı” – “Neftçi” - 1:3
“Sumqayıt” – “Xəzər Lənkəran” - 1:2