18 Aprel 2021 14:44
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqada XXIV turun proqramı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, tura aprelin 25-də Qəbələdə eyniadlı komanda və lider "Qarabağ" arasındakı görüşlə start veriləcək. Qalan 3 oyun da həmin gün olacaq.

Turun 2 matçı “CBC Sport” kanalı vasitəsilə, ikisi isə pfl.az saytında canlı yayımlanacaq.

25 aprel (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:00 (canlı/CBC Sport)

17:30. “Keşlə” – “Səbail”
“ASK Arena” (canlı/pfl.az)

19:15. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena” (canlı/CBC Sport)

20:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu (canlı/pfl.az)


Müəllif: Teleqraf.com