Polşanın paytaxtı Varşavada start götürəcək Avropa çempionatı üçün sərbəst güləş yarışlarının püşkü atılıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan pəhləvanlarından Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyana rəqib olub.
Püşkün nəticələri:
57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)
65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan)
70 kq
1|8 final: Turan Bayramov – Nikolae Kojokaru (Böyük Britaniya)
74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə)
79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)
86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya)
97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)
Qeyd edək ki, aprelin 19-da 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.