İngiltərə "Liverpul"unun misirli futbolçusu Məhəmməd Salah milli komandanın kapitanı seçilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Hossam Əl-Bədri "Arab News"a açıqlamasında deyib.
Mütəxəssis təcrübəli oyunçuların da bu qərarı dəstəklədiyini bildirib.
Daha əvvəl millidə kapitan sarğısını ən yaşlı futbolçu daşıyırdı. Komandanın sabitliyə ehtiyacı olduğunu söyləyən Əl-Bədri bu vəzifəni liderlik keyfiyyətləri olan aparıcı oyunçuya həvalə etdiklərini söyləyib.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı gözlənilir.