20 Aprel 2021 10:52
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liverpul”, “Mançester Yunayted”, “Çelsi”, “Arsenal”, Tottenhem”, “Mançester Siti”, “Real Madrid”, “Barselona”, ​“​Atletiko Madrid”, “Milan”, “İnter” və “Yuventus”un Avropa Super Liqası adı altında yeni turnirdə toplanması qalmaqal yaradıb.

Teleqraf.com xəbər verir ki, “Mençester Yunayted”in əfsanəvi futbolçularından biri Rio Ferdinand da məsələ ilə əlaqədar çox sərt ifadələr işlədib.

Hazırda şərhçi olan keçmiş oyunçu turnirdə iştirak edən 12 klubun futbola savaş açdığını, bunun utandırıcı olduğunu deyib.

Pandemiyaya qarşı bütün dünyada mübarizə aparıldığını və bu klubların necə belə bir addım atdığına inana bilməyəcəyini söyləyən Ferdinand qeyd edib:

“Dünyanın dörd tərəfində bütün insanlar pandemiya ilə mübarizə apardıqları vaxt belə bir şeyə necə cəsarət etdiklərini anlaya bilmirəm. Bu maqnatlar qapalı bir bazar açmaq və hər şeyi tamamilə pula bağlamaq istəyirlər. Zənginlər daha varlanacaq, digərləri isə öləcək?!”

O, sözügedən 12 klubun rəhbərliklərinin futbolla bağlı heç bir fikirlərinin olmadığını söyləyib:

“Avropa Super Liqası bütün futbol dünyasına böyük ziyan vuracaq utandırıcı bir fikirdir. Bu insanların futbol haqda heç bir fikri yoxdur. Sadəcə ticarətlə məşğul olurlar, məsələ budur. Futbol dünyasının digər klubları üçün heç bir fikirləri yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu