2 May 2021 01:33
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici raundun ilk görüşlərinə start verilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər