Serbiyanın "Srvena Zvezda" klubunun keçmiş baş məşqçisi, Xorvatiya yığmasının sabiq-oyunçusu Robert Prosineçki Azərbaycan millisinə dəvət edilib.
Publika.az-ın məlumatına görə, ötən gün Parisdə Prosineçki ilə AFFA nümayəndələri arasında görüş olub və razılıq ələ olunub.
Məlumata görə, gələn həftə Prosineçki AFFA ilə müqavilə imzalayacaq. Noyabrın 16-da Norveç millisi ilə keçiriləcək qarşılaşmaya da məhz futbolçularımız onun rəhbərliyi ilə yollanacaqlar.
Qeyd edək ki, Prosineçki 1969-cu ildə Qərbi Almaniyanın Şvenningen şəhərində dünyaya gəlib. O, futbolçu karyerası ərzində Xorvatiyanın "Dinamo" (Zaqreb), "Draqovolyaç", "Zaqreb", Serbiyanın "Srvena Zvezda", İspaniyanın "Real", "Oviedo", "Barselona", "Sevilya", Belçikanın "Standard", İngiltərənin "Portsmut" və Sloveniyanın "Olimpiya" klublarında çıxış edib, Yuqoslaviya millisində 15 (4 qol), Xorvatiya yığmasında 49 (10 qol) oyun keçirib. Prosineçki futbolçu karyerası ərzində 13 kubok qazanıb.
45 yaşlı xorvat mütəxəssis məşqçiliyə Xorvatiya millisində başlayıb. O, 2010-2012-ci illərdə komandada məşqçi işləyib. Daha sonra isə Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Kayserispor" klublarına başçılıq edib.