5 May 2021 16:00
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7 və 8-də Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil” kuboku yarışı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək şahmatçıları iştirak edəcək.

Yarış 2 mərhələdən ibarətdir: seçmə və final mərhələsi. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.


Müəllif: Nemət

Oxşar xəbərlər