5 May 21:25
380

İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın səhhətində yenidən problem yaranıb.

Teleqraf.com xəbər verir ki, veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib.

Amma müayinə zamanı onda infarkt riski aşkarlanmayıb. Kasilyas səhərə yaxın klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə Portuqaliyanın "Portu" komandasının məşqində infarkt keçirdiyi üçün əməliyyat olunub. O, 2020-ci ilin fevralında karyerasını başa vurub.


Müəllif: Teleqraf.com