Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz qarşıdakı seçkilərdə namizəd olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə funksioner sosial şəbəkə hesabında məlumat paylaşıb.
Cengizin sözlərinə görə, hazırkı şərtlər altında seçkilərdə iştirak etmək istəmir.
Qeyd edək ki, "Qalatasaray"da prezident seçkiləri qeyri-müəyyən vaxta təxirə salınıb.