Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda final çıxışları başlayıb.
Teleqraf.com xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışda halqa ilə fərdi çıxışlarda medalçılar müəyyənləşib.
Birinci yeri 27.150 xal toplayan İsrail təmsilçisi Linoy Aşram tutub. Rusiya gimnastı Lala Kramarenko 26.850 xalla gümüş, Belarus idmançısı Alina Xarnasko isə 26.600 xalla bürünc medal qazanıb.
Qeyd edək ki, Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin və Rusiyanın MOİK komandasının qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.