9 May 2021 13:59
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyalı qarışıq döyüş sənətçisi (MMA) Konor Makqreqor dağıstanlı həmkarı Həbib Nurməhəmmədovu təhqir edib.

Teleqraf.com xəbər verir ki, irlandiyalı Tvitter hesabında Həbib haqda yazdığı təhqiramiz paylaşımı az sonra silib.

32 yaşlı idmançı Həbiblə döyüşündən bir foto paylaşaraq, bədəninə toxunmasından dağıstanlının xoşbəxt olduğunu yazıb. Ayrıca, o, Həbibi “ifrazat” adlandırıb. Lakin irland paylaşımını az sonra silib.

Makqreqor 2018-ci ilin payızında üz-üzə döyüşündə Nurməhəmmədova məğlub olub.


Müəllif: Teleqraf.com