9 May 2021 20:06
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Para-taekvandoçu Aynur Məmmədova Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziyanı qazanıb.

Milli Paralimpiya Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, para-taekvando idman növü üzrə milli komandasının üzvü Aynur Məmmədova (58 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında ispaniyalı rəqibini məğlub edərək qızıl medala sahib olub və Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 10 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 1)

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.


Müəllif: Teleqraf.com