Rusiyanın ən böyük stadionu olan, ölkə idmanının simvoluna çevrilən “Lujniki” simasını dəyişir.
Teleqraf.com xəbər verir ki, 2018-ci il dünya çempionatının açılış və final oyunları məhz bu stadionda keçiriləcək. Yenidənqurma nəticəsində “Lujniki” “olimpiya stadionu” statusunu itirəcək. Qaçış zolaqları ləğv olunacaq və arena sırf futbol oyunları üçün uyğunlaşdırılacaq. Köhnə tribunalar da yeniləri ilə əvəz ediləcək. Yenidənqurma işlərindən sonra stadionun tutumu 81 min olacaq. Jurnalistlər üçün 2635 yer nəzərdə tutulub.
Ancaq stadion yenidənqurmadan sonra da əvvəlki panoramasını qoruyacaq.
Qeyd edək ki, yenidənqurma işlərinə 20 milyard rubl xərclənəcək.