21 May 2021 18:41
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda Afrika Gününün qeyd olunması barədə razılıq əldə edilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda Afrika mənşəli futbolçuların çıxış etdiyini nəzərə alaraq, AFFA tərəfindən klublara müraciət ünvanlanıb və həmin futbolçuların iştirakı ilə (COVID-19-la bağlı müvafiq prosedurlara riayət etməklə) klubdaxili kiçik tədbirlər təşkil etməklə Afrika gününün qeyd edilməsi təklif olunub.

Tədbirlərdə klubların rəhbərliyi, Afrika mənşəli oyunçuları, aşağı yaş qruplarından ibarət komandaların üzvləri, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarç və AFFA nümayəndələri iştirak ediblər. Tədbirlərin təşkilinə AFFA tərəfindən dəstək göstərilib və iştirakçılara hədiyyələr təqdim olunub.

Tədbirdə iştirak edənlər arasında “Səbail”in müdafiəçisi Ali Sesay, yarımmüdafiəçisi Hendrik Ekşteyn, Həmçinin “Keşlə”nin orta sahə oyunçuları Con Kamara ilə Sadio Tounkara da olub. Onlar yeniyetmələrlə futbol da oynayıblar.

Qeyd edək ki, Afrika Birliyinin yaranması münasibətilə hər il 25 may tarixi Afrika Günü kimi qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər