"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abbasov klubun televiziyasına açıqlamasında məlumat verib.
43 yaşlı mütəxəssis Keysuke Hondanın və Əhməd Əhmədovun yeni mövsümdən komandada olmayacağını söyləyib:
"Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Ahmed Ahmedovin isə icarə müddəti bitib və öz klubuna qayıdıb. Son oyunda vurduğu qolu qoyaq qırağa, ona bizimlə olduğuna görə təşəkkür edirəm.
Abasov yeni hücumçu axtaracalarını bildirib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu deyə bilərəm ki, Keysuke Honda və Əhmed Əhmədov bizim komandada olmayacaq".
Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı.