30 May 2021 01:03
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, Portuqaliyada baş tutan həlledici oyunda İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları üz-üzə gəlib. Görüş "Çelsi"nin 1-0 hesablı qələbəsilə başa çatıb.

Beləliklə, "Çelsi" tarixində 2-ci dəfə ÇL-in kubokunu qazanıb. "Mançester Siti" isə bu turnirdə ilk kubokunu əldə edə bilməyib.

"Mançester Siti" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Kay Havertz, 42


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər