"Neftçi" komandası UEFA Çempionlar Liqasına Avstriyada hazırlaşacaq.
Teleqraf.com xəbər verir ki, hazırlıq prosesi Zaltsburq əyalətinin Leoqanq kommunasında təşkil olunacaq. Hələlik toplanışın tarixi dəqiq açıqlanmasa da, rəqiblərdən biri məlumdur. Bu, Polşa çempionu "Legiya"dır.
Varşava təmsilçisinin rəsmi saytı "Neftçi" ilə görüşün iyunun 20-də olacağını yazıb.
Qeyd edək ki, "Legiya" "Qarabağ"dan ayrılan Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transfer etmək istəyir.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən start verəcək. İlk oyunlar 6 - 7 iyulda, cavab görüşləri 13 - 14 iyulda keçiriləcək.