Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, gürcüstanlı həmyaşıdları ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.
Millimizin qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub.
Xatırladaq ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.