13 İyun 2021 16:25
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı deputat Aleksey Puşkov Rusiya millisinin oyunçularının Avro-2020 çərçivəsində Belçika komandası ilə matçında irqçiliyə qarşı mübarizə üçün “Black Lives Matter” (“Qara həyatlar önəmlidir”) hərəkatını dəstəkləmək üçün diz çökməməsi qərarını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Onun fikrincə, millinin oyunçuları diz çökməyərək düzgün iş görüblər.

Puşkovun sözlərinə görə, rusların afrikalılara və afroamerikalılara görə üzr istəmələri və tövbə edəcəkləri bir şeyləri yoxdur: “Sovet dövründə fəal şəkildə kömək edirdik. Qul sahiblərinin nəsilləri istəsələr tövbə etsinlər”.

Bundan əvvəl Dövlət Dumasının millət vəkili Dmitri Svişçev Rusiya yığmasının bu hərəkata dəstək olaraq diz çökməkdən imtina etməsini yüksək qiymətləndirmişdi.

Dünənki oyunda Rusiya yığması bu qərardan imtina edib. Avropa Futbol Assosiasiyaları Federasiyası (UEFA) Rusiyanı bu kampaniyaya hörmət etməyə çağırıb.

Qeyd edək ki, “Qara həyatlar önəmlidir” hərəkatı ötən il ABŞ-da Corc Floyd adlı afroamerikalının polis tərəfindən qətlə yetirilməsindən sonra başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər