Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirini 6-cı pillədə başa vurub.
Teleqraf.com-un məlumatına görə, buna ABŞ təmsilçisi Fabiano Karuana və rumıniyalı Boqdan-Daniel Dyak arasındakı görüşün heç-heçə başa çatması səbəb olub.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran qrossmeysterlər Rəcəbova çatmaq şansını əldən veriblər.
16:44
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.
Teleqraf.com-un məlumatına görə, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.