15 İyun 2021 22:39
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avro-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının oyundan əvvəl son məşqi olub.

Teleqraf.com xəbər verir ki, baş məşqçi Şenol Güneşin yetirmələri hazırlıq prosesini Bakı Olimpiya Stadionunda keçiriblər.

Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.


Müəllif: Teleqraf.com