Bu ay Moskvada keçiriləcək yunan-Roma güləşi üzrə Avropa Millətlər Kubokunda rusiyalıların əsas rəqibi Türkiyə və Azərbaycan yığmaları olacaq.
Teleqraf.com-un "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi, beşqat dünya çempionu Qoqi Koquaşvili deyib.
Bununla belə, o, heç kəsdən qorxmadıqlarını bildirib: "Biz qələbəyə köklənmişik və istənilən rəqibə qalib gəlməyə hazırıq".
Qeyd edək ki, turnir noyabrın 7-9-da Moskvada keçiriləcək.