“Avro-2020” çərçivəsində İngiltərə ilə Şotlandiya arasında keçirilən matçdan sonra 30 nəfər həbs olunub.
Teleqraf.com xəbər verir ki, Londondakı “Uembli” stadionundakı qarşılaşmadan sonra azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. sərxoş vəziyyətdə polisə hücum edən azarkeşlər həbs olunub.
Qeyd edək ki, bu, İngiltərə və Şotlandiya arasındakı keçirilən 115-ci görüş olub. Əzəli rəqiblər arasında görüş 1872-ci ildə Qlazqoda keçirilib.