20 İyun 2021 19:39
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya milli komandası Avropanın böyük turnirlərdə 300 qol həddini aşan ilk yığması adını qazanıb.

Teleqraf.com xəbər verir ki, komanda buna ötən gün Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçda nail olub. Milli rəqibini 4 dəfə məyus etməklə dünya və Avropa miqyaslı yarışlarda vurduğu qolların sayını 302-ə yüksəldib. Bununla da Almaniya millisi Avropanın böyük turnirlərdə 300 qol hədddini aşan ilk komandası adını qazanıb.

Qeyd edək ki, Almaniya növbəti oyununu iyunun 23-də Macarıstana qarşı keçirəcək.


Müəllif: Teleqraf.com