21 İyun 2021 23:57
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, "ağ-qaralar" yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Flaqmanın yeni transferləri - Harramiz Soares və Sezar Meza Kolli 58-ci dəqiqədə meydana daxil olaraq, paytaxt klubunda debüt ediblər.

Qeyd edək ki, "Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər