Bu gün AVRO-2020-də pley-off mərhələsi start götürür.
Teleqraf.com xəbər verir ki, iyulun 11-dən 23-dək davam edən qrup mərhələsinin ardınca həlledici oyunlar başlayacaq.
AVRO-2020: UEFA yarımfinal və final oyunlarının yerinin dəyişdirilməyəcəyini açıqlayıb
AVRO-2020: Rusiyalı futbolçu koronavirus səbəbindən heyətdən çıxarılıb
AVRO-2020: Qrup mərhələsi başa çatıb
Çempionatın son 15 görüşü olimpiya sistemi ilə keçiriləcək. Qrup səddini adlayan 16 komanda 1/8 və 1/4 final matçlarında Londona yollanacaq 4 ən güclünü müəyyənləşdirəcək.
1/4 final qarşılaşmalarından biri Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu Uels – Danimarka və Niderland – Çexiya oyunlarının qaliblərini qəbul edəcək. Bu, arenada baş tutan turnirin 4-cü və sonuncu matçı olacaq.
Yarımfinal və final qarşılaşmaları əfsanəvi “Uembli” stadionunda təşkil olunacaq. Çempion iyulun 11-də müəyyənləşəcək.
AVRO-2020
1/8 final
26 iyun
1) 20:00. Amsterdam. Uels – Danimarka
2) 23:00. London. İtaliya – Avstriya
27 iyun
3) 20:00. Budapeşt. Niderland - Çexiya
4) 23:00. Sevilya. Belçika – Portuqaliya
28 iyun
5) 20:00. Kopenhagen. Xorvatiya - İspaniya
6) 23:00. Buxarest. Fransa – İsveçrə
29 iyun
7) 20:00. London. İngiltərə - Almaniya
8) 23:00. Qlazqo. İsveç – Ukrayna